Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 21 Noyabr 2022 13:40
Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.
Sonxeber.net bildirir ki, terror təşkilatı YPG/PKK üzvləri tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış sərhəd məntəqə-keçidi yaxınlığında bir yük maşınına düşüb.
Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                    