Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ planı: sülhməramlılar, sonra rus bazası... - Poqosyan

ABŞ planı: sülhməramlılar, sonra rus bazası... - Poqosyan

Tarix: 21 Noyabr 2022 14:40

ABŞ-ın Ermənistanda başlıca planı Bakı ilə İrəvan arasında sülh müqaviləsinə nail olmaq, sonradan isə bütün fikirləri və resursları rus sülhməramlıların Azərbaycan ərazindən çıxarılmasına yönəltməkdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi analitik, hərbi ekspert Benyamin Poqosyan bildirib.

"Rus sülhməramlıların regiondan çıxarılması prosesi tam bitdikdən sonra məsələ daha qlobal və parlaq rəng alacaq. "Gümrüdə yerləşən Rusiya bazası" fikri üzərində işlər aparılacaq. Əsas məqsəd Rusiyanı Cənubi Qafqazdan tam təcrid etməkdir", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  ABŞ planı sülhməramlılar sonra rus bazası Poqosyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ