Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paxla haqqinda bilmədikləriniz

Paxla haqqinda bilmədikləriniz

Tarix: 22 Noyabr 2022 08:51

Paxlanın tərkibi vitamin və proteinlə çox zəngindir. O həm yaşıl halda, həm də qurumuş olduqda tərkibində olan vitaminlərin təsiri dəyişməz olaraq qalır. Quru paxla təzə paxlaya nisbətən daha qidalandırıcı və xeyirlidir. 100 mq quru paxlanın tərkibində aşağıdakılar var:
- 26 mq protein
- 58 mq karbohidrat
- 341 kalori
- vitamin B1, B2, B6, K
- protein
- maqnezium
Paxla sinir sistemini möhkəmləndirir, həzm prosesini sürətləndirir, qəbizliyi aradan qaldırır. Paxla sidik axarlarını genişləndirmək qabiliyyətinə malik olduğuna görə böyrək və sidik kisəsində olan qum çöküntülərini tökdürür. Bronxların xəstəlikləri zamanı öskürəyi kəsir, xəstəliyin əlamətlərini azaldır. Amma şəkərli diabet xəstələri paxla ilə ehtiyatla davranmalıdırlar. Çünki paxlanın tərkibində nişasta var və nişasta qanda şəkərin miqdarının qalxmasına səbəb olan amillərdən biridir.

Milli.Az


Etiketlər:  Paxla haqqinda bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ