Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Lamborghini"si var amma, "07"də gəzir - FOTO

Tarix: 23 Noyabr 2022 02:45

"Uşaqlıqdan maşınları və maşın sürməyi çox sevirəm. Amma o qədər kasıb idik ki, heç yuxumda da görmürdüm. "Jiquli" haqda danışıram, xarici avtomobil barədə heç nə demirəm. İndi başa düşürsüz, niyə məndə mavi rəngdə "Jiquli" var". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai sosial şəbəkədə yazıb. O bildirib ki, uşaqlıqda avtomobilə görə travma yaşayıb: 

"Bir dəfə dayımın oğluyla "Jiquli"ni yuyurduq. Oğlu atasına dedi ki, Nəvaiylə birlikdə maşınla gəzməyə çıxacağıq. Hə dedi, amma tapşırdı ki, Nəvaini sürməyə qoyma. Mən də maşını elə yumuşdum ki, az qala onu yalayım. 11 yaşım vardı və elə oldu ki, bu söhbəti eşitdim. Bundan sonra uzun müddət özümə gələ bilmədim. O qədər pis idim ki, başqa qohumlar məndən maşın sürməyi xahiş edəndə imtina edirdim. "Almera" markalı avtomobil alanadək bu travma ilə yaşadım. Bu travma ilə neçə il yaşadığımı hesablayın.

"İndi isə ümumi dəyəri 200 milyon rubl (təxminən 5,6 milyon manat) olan 10 maşınım var. Amma aldadıldığım və uşaqlıq hisslərimin tapdalandığı bu hadisəni xatırlayanda 300 min rubl (təxminən 8400 manat) qiyməti olan "07"də" gedirəm".

Milli.Az


Etiketlər:  Lamborghinisi var amma 07də gəzir FOTO


RƏYLƏR