Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 16:18
Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri C qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Avropa təmsilçisinin heyətində Lukas Hernandes zədələnib.
10-cu dəqiqədə sıradan çıxan 26 yaşlı müdafiəçi görüşü davam etdirə bilməyib. Bu üzdən də 13-cü dəqiqədə onun əvəzində qardaşı Teo Hernandes meydana buraxılıb.
Xatırladaq ki, Fransa yığması DÇ-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi.