Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bu yol sürücülərə problem yaradır - VİDEO

Bakıda bu yol sürücülərə problem yaradır - VİDEO

Tarix: 24 Noyabr 2022 15:20

Bakıda ikizolaqlı yolun bir zolağı daha çox istifadə olunduğundan sürücülərə problem yaradır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət konkret olaraq kənar dairəvi yoldan gedir.

Yolun əsas yola birləşən hissəsində yalnız sola dönmə nişanı çəkildiyindən, düzünə hərəkət edən sürücülərə yol polisi əməkdaşları tərəfindən cərimə tətbiq olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, normativlərə nəzərən sözgüdən ərazidəki yol nişanı düzgün deyil.

Ekspert bildirib ki, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin böyük bir hissəsi sola dönmədiyindən ərazidəki yol nişanı dəyişdirilməlidir.

Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib.

Yəqin ki, Agentliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra yol nişanının dəyişdirilməsi qısa zaman ərzində baş tutacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda bu yol sürücülərə problem yaradır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ