Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 12:40
"Ən yaxın bildiyiniz insana belə sirrinizi verməyin, problemlərinizi danışmayın, ağzınız qanla dolsa, tüpürməyin! Ən güvəndiyiniz biri sizi ən zəif yerinizdən vuracaq. Bu həyatda dost yoxdur".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında bildirib.
Atmacalı paylaşımları ilə tez-tez diqqət çəkən Nazilə fikirlərinə belə davam edib:
"Danışığı və ya hərəkəti ilə başqasına zərər vuran, ziyan yetirən, pislik, yamanlıq edən adama mərdimazar deyilir. Allahım, əzizlərimi çörəyimi yeyib, suyumu içən mərdimazarlardan qoru. Dərdimiz bizə yetir. Bizə dəyib dolaşanın başını özünə qat".