Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən zəhərli ilanlarından biri bağçada uşağı dişlədi

Dünyanın ən zəhərli ilanlarından biri bağçada uşağı dişlədi

Tarix: 25 Noyabr 2022 18:06

Avstraliyanın Kvinslend ştatının Bouen şəhərində torlu qəhvəyi ilan uşaq bağçasına sürünərək uşağı dişləyib.

Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Uşaq bağçasının əməkdaşları uşağın yanında təxminən 40 santimetr uzunluğunda qıvrılan, torlu qəhvəyi ilan tapıblar. Uşağın qolunda iki kəsik yarası aşkar edilib.

Dişləmədən sonra zərərçəkən müalicə olunub. Onun vəziyyəti barədə məlumat verilməyib. Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərli ilanlarından sayılır.

İrfan Vəliyev


Etiketlər:  Dünyanın zəhərli ilanlarından biri bağçada uşağı dişlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ