Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik idmançının qətli ilə bağlı məlumat yaydı

Nazirlik idmançının qətli ilə bağlı məlumat yaydı

Tarix: 26 Noyabr 2022 20:34

"Təəssüf ki, bu gün "Arifoğlu" cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib".

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!", - deyə məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Nazirlik idmançının qətli ilə bağlı məlumat yaydı


RƏYLƏR