Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibə dövründə 851 uşaq yaralanıb

Ukraynada müharibə dövründə 851 uşaq yaralanıb

Tarix: 27 Noyabr 2022 13:10

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində 440 uşaq həlak olub, 851 uşaq yaralanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

"27 noyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində Ukraynada 1291-dən çox uşaq zərər çəkib. Prokurorların rəsmi məlumatına görə, 440 uşaq ölüb, 851-dən çoxu yaralanıb", - məlumatda deyilir.

Məlumatlar yekun deyil, çünki onların aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti olaraq ələ keçirilən və azad edilmiş ərazilərdə qurulması istiqamətində işlər davam edir.

Uşaqlar ən çox Donetsk vilayətində - 424, Xarkovda - 266, Kiyevdə - 117, Nikolayda - 77, Zaporojyedə - 76, Xersonda - 70, Çerniqovda - 68, Luqanskda - 64, Dnepropetrovskda - 33 nəfər yaralanıb.

Noyabrın 26-da Dneprə raket hücumları nəticəsində 17 yaşlı yeniyetmə yaralanıb.

Həmin gün Xerson vilayətinin Çernobaevka məntəqəsini rus qoşunlarının atəşə tutması nəticəsində 10 yaşlı uşaq yaralanıb.


Etiketlər:  Ukraynada müharibə dövründə uşaq yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ