Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 15:20
İran parlamentinin Mahabad şəhərindən olan deputatı Cəlal Mahmudzadə Mahabad və Kürdlər yaşayan bölgələrdə öldürülən insanlara görə İran prezidenti və daxili işlər nazirinə xəbərdarlıq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, C.Mahmudzadə bildirib ki, rəsmi rəqəmlərə görə 13 nəfər, qeyri-rəsmi statistikaya görə isə Mahabad və Kürdüstan bölgəsində keçirilən etiraz aksiyalarında 105 nəfər həlak olub.
O qeyd edib ki, prezident İbrahim Rəisi və Daxili İşlər Naziri cavab verməli və xalqa qarşı müharibə gülləsindən istifadə əmrinin kimin verdiyi araşdırmalıdırlar.
O qeyd edib ki, Mahabad və Kürd şəhərlərində hərbi əməliyyat və təhlükəsizlik, sadə vətəndaşları həbs etmək, gecələr yaşayış evlərinə basqın etmək, insanların əşyalarını dağıtmaq, binaların daxili divarlarına şüarlar yazmaq, insanların şəxsi əşyalarını yoxlamaq, girişdə çoxsaylı nəzarət məntəqələri yaratmaq nə deməkdir?