Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General Rza Talıbov işdən çıxarılıb?

General Rza Talıbov işdən çıxarılıb?

Tarix: 27 Noyabr 2022 15:36

Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.

Milli.Az el_alioglu telegram kanalına istinadla xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır.

"O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır."

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Milli.Az


Etiketlər:  General Rza Talıbov işdən çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ