Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi

İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi

Tarix: 27 Noyabr 2022 22:48

ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.

Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq.

Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində  Florida sahillərində dənizə paraşütlə atılacaq.

Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri milyarder İlon Maskdır.

Milli.Az


Etiketlər:  İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ