Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 17:42
ABŞ-ın Pensilvaniya ştatının Bensalem şəhərinin polisi qızı öldürən və meyitdən xilas olmaq üçün sosial şəbəkələrdə dostlarına müraciət edən yeniyetməni həbs edib.
Sonxeber.net bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.
Daha bir azyaşlı qızın valideynləri polisə müraciət edib. Onlar bildiriblər ki, sosial şəbəkədə qızlarına 16 yaşlı tanışından qorxulu video mesaj gəlib. Videonun müəllifi deyib ki, o, indicə adam öldürüb. Mesajın müəllifinin daha sonra Coşua Kuper olduğu məlum olub.
Görüntülərdə qatil qanlı insan ayaqlarını çəkərək, cəsəddən xilas olmaq üçün kömək istəyib. Polis gəncin yaşayış yerini taparaq onun yanına gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə şübhəli şəxs qaçıb. Bundan sonra evə daxil olan polislər hamamın döşəməsində güllə yarası almış qızı görüblər.
Əməliyyatçılar qatilin dəlillərdən qurtulmağa çalışdığını görüblər. Qısa müddətdən sonra polislər Kuperin izinə düşərək həbs edib. O, qətldə, qətl silahını saxlamaqda və sübutları saxtalaşdırmaqda ittiham olunub. Məhkəmə Kuperi zaminə buraxmaq hüququndan məhrum edib və onu yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya göndərib.
İrfan Vəliyev