Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin bugünə qədər ən yaxşıları - Xavi seçim etdi

DÇ-2022-nin bugünə qədər ən yaxşıları - Xavi seçim etdi

Tarix: 30 Noyabr 2022 11:24

"Barselona"nın baş məşqçisi Xavi dünya çempionatının oyunlarını canlı izləmək üçün bir neçə gündür Qətərdədir.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, o, jurnalistlərlə görüşüb və kiçik sorğudan keçib.

Xavidən DÇ-2022-nin ən yaxşı futbolçularının müəyyən edilmiş meyarlara əsasən adlarının çəkilməsi xahiş olunub. Onun fikrincə, indiyədək ən yaxşı oyunçular aşağıda adları qeyd edilənlərdir:

Ən yaxşı hücum bitiricisi - Rişarlison (Braziliya)

Ən böyük istedadlar - Camal Musiala (Almaniya) və Pedri (İspaniya)

Ən yaxşı mərkəz müdafiəçiləri - Dayo Upamekano (Fransa) və İbrahima Konate (Fransa)

Ən yaxşı cinah müdafiəçisi - Jordi Alba (İspaniya)

Ən yaxşı qapıçı - Tibo Kurtua (Belçika)

Milli.Az


Etiketlər:  2022 nin bugünə qədər ən yaxşıları Xavi seçim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ