Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 22:32
"Sampdoriya" baş məşqçisi Eusebio Di Françesko ilə yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 50 yaşlı mütəxəssis və onun köməkçiləri ilə müqavilə ləğv olunub. Buna komandanın A seriyasında uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, "Sampdoriya" ölkə çempionatında 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.