Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA

Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA

Tarix: 1 Dekabr 2022 12:45

Xəbər verdiyimiz kimi, müğənni Elza Seyidcahanın avtomobili ödənişlərin gecikməsinə görə, cərimə meydançasına yerləşdirilib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, əməkdar artist efirdə bu barədə danışarkən maddi durumunun zəif olması səbəbilə cəriməni ödəməkdə çətinlik çəkdiyini bildirib.

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtlərini açıqlayıb:

"Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olandan sonra 10 gün ərzində ödənərsə 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra, hər ötən gün üçün cərimənin 1 faiz dəbbə pulu da gəlir. İkinci ayın tamamında avtomobilin saxlanılması üçün avtomatik olaraq sistem qərar qəbul edir. Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürcülük hüququnun məhdulaşdırıması ilə bağlı qərar qəbul edə bilər.

Bu zaman "pulum yoxdur" kimi ifadələrin işlədilməsi avtomobil sahibinə hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün əsas deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək vacibdir".

Araz Əsgərli əlavə olaraq bildirib ki, yol polisləri Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı onu öz avtomobillərində ATV kanalında gedən "Günün Sədası" proqramına şəxsən aparıb və sənətçinin yüklərinə qədər ona kömək ediblər.

Həmçinin məlumata görə, müğənni Elza Seyidcahanın yol hərəkəti qaydalarının pozulmasına görə, ümumilikdə 2000 manata yaxın borcu yaranıb. Hazırda borcdan 1500 manatın ödəniş vaxtıdır. Əldə etdiyimiz məlumata görə, müğənni avtomobili etibarnaməsiz idarə edirmiş. Nəqliyyat vasitəsi isə Elza Seyidcahanın qızının adınadır.


Etiketlər:  Elzanın 2000 manata yaxın borcu Polisdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ