Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tiflisdə mühüm müzakirə - Bakı və İrəvan arasında yeni vasitəçi...

Tiflisdə mühüm müzakirə - Bakı və İrəvan arasında yeni vasitəçi...

Tarix: 1 Dekabr 2022 22:06

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker regional səfəri çərçivəsində Gürcüstana gəlib və bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Görüş zamanı digər məsələlərlə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik rolu müzakirə edilib.

Qaribaşvili bildirib ki, danışıqlar istənilən münaqişənin həllinin yeganə yoludur.

Milli.Az


Etiketlər:  Tiflisdə mühüm müzakirə Bakı İrəvan arasında yeni vasitəçi


RƏYLƏR