Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 20:12
Türkiyənin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları sərhədi qanunsuz keçməyə cəhd edən 12 nəfəri saxlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Tvitter" hesabında bildirilib:
"Sərhəd qartallarımız Suriyadan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 12 nəfəri saxlayıb. Həmin şəxslərdən 9-nun FETÖ, 2-sinin PKK/KCK, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib", -deyə məlumatda qeyd olunub.