Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 20:20
"Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Financial Times"a müsahibəsində deyib.
O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: "Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər".