Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbola görə boşanırlar

Futbola görə boşanırlar

Tarix: 5 Dekabr 2022 20:52

Braziliya millisinin və "İnter"in sabiq hücumçusu Adriano 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına baxdıqdan sonra həyat yoldaşından boşanıb.

Sonxeber.net bildirir ki, bu barədə "Globo Extra" məlumat yayıb.

Mənbənin sözlərinə görə, cütlük 24 günlük evlilikdən sonra ayrılıb. Buna səbəb 40 yaşlı futbolçunun dostlarının yanına getməsi olub. Qeyd olunub ki, Adriano 25 yaşlı həyat yoldaşı Mikaela Meskitaya həftə sonu ailəsi ilə görüşmək üçün geri dönəcəyini vəd edib, lakin bunun əvəzinə Braziliyanın İsveçrə ilə oyununu izləmək üçün iki gün yoxa çıxıb.

Futbolçu həyat yoldaşına vəziyyəti izah etməyə çalışsa da, o, ona qulaq asmayıb. Cütlük arasında dava düşüb. Nəticədə ailə ilə görüş ləğv edilib və cütlük sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıb.

İrfan Vəliyev


Etiketlər:  Futbola görə boşanırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ