Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi - FOTO

Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi - FOTO

Tarix: 6 Dekabr 2022 00:45

Erkən yaşlarında qazandığı şöhrəti və sosial şəbəkə paylaşımları ilə tanınan 22 yaşlı müğənni Aleyna Tilki haqqında Türkiyənin şou gündəmində yeni xəbərlər dolaşır.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onun maşında bərabər əyləşdiyi cavan bir oğlanla görüntüləri diqqət çəkib.

Oğlanın Aleynanın bu il dəyişdirdiyi üçüncü sürücüsünün olduğu üzə çıxıb. Jurnalistlərin "Bu şəxs kimdir? Yeni sevgilinizdir?" - suallarına "O, uşaqlıq dostumdur. Sürücüm işdən çıxdığı üçün mənə kömək edir. Maşınımı o sürür", -  cavabını verib.

Qeyd edək ki, Aleyna Tilki bundan öncə yeni sürücüsü ilə məkanların birindən çıxarkən görünüb və həmin şəxsin kimliyi barədə sualları cavabsız qoymuşdu.


Etiketlər:  Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ