Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Liza o sözü deyən xanımla eyni boydadır” - Açıqlama

“Liza o sözü deyən xanımla eyni boydadır” - Açıqlama

Tarix: 6 Dekabr 2022 12:45

Xəbər verdiyimiz kimi, dekabrın 4-də baş tutan "Best Model of Azerbaijan-2022" gözəllik müsabiqəsinin finalında Liza Uzunun qalib gəlməsi qalmaqala səbəb olub. Yarışmanın digər iştirakçı modelləri təşkilatçı Elxan Paşayevi birinciliyi pulla satmaqda ittiham ediblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verən Elxan Paşayev iddiaların əsassız olduğunu bildirib: "Pul iddiası ilə yarışmada yer tuta bilməyən xanımlar çıxış edir. 6 ildir bu layihəni edirəm və hər il eyni sistem üzrə işləyirik. Qaliblərin seçimi yalnız münsif heyətinin səsverməsi əsasında olmur. Sayt üzərindən yarışmaya bilet alan hər kəs öz favorit iştirakçısını seçib ona səs verə bilir. Əlavə olaraq İdarəetmə Heyətinin səsləri hesablanır. Bu üç səs toplanılır və yekun nəticəni ortaya çıxarır".

E. Paşayev L. Uzunun boyunun 155 sm olmasına da münasibət bildirib: "Bu, acığa deyilən sözdür. Liza ona o sözü deyən xanımla eyni boydadır. Layihəyə 60-70 min xərc qoyan təşkilatçı kimdənsə aldığı 5-10 mindən ötrü öz adını bədnam edər? Əlbəttə ki, yox. Bu, acığa deyilən sözlərdir".  

Onun sözlərinə görə, "Best Model of The World"un prezidenti Erkan Özerman da tamaşaçılar arasında olub: "Erkan bəy nəticələrdən xəbərdar idi. Zatən müsabiqənin finalı İstanbulda keçiriləcək. Uyğun olmayan bir şey olsaydı, özü etiraz edərdi. Tək bir şey demək istəyirəm ki, dünya finalında alacağımız nəticələr hər kəsə dərs olacaq və hər kəs öz layiqli cavabını alacaq".

Milli.Az


Etiketlər:  Liza o sözü deyən xanımla eyni boydadır Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ