Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

Tarix: 2 May 2019 17:36

Bakı. Trend:

95% halda əgər insanın soyuducusu səliqəlidirsə, demək ki, iş fayllarında da səliqə gözlənilir. 85% halda isə, şəxs məzuniyyətdən əvvəl soyuducusunu təmizləyirlərsə, demək ki, istirahət öncəsi elektron sənədlərini də eyni qaydada səliqəyə salır.

“Kaspersky Lab”dan Trend-ə verilən məlumata görə, şirkətin apardığı “Rəqəmsal qarışıqlıq” tədqiqatının nəticələri belə deməyə əsas verir. Sorğu dünya üzrə 7 min əməkdaş arasında keçirilib.

Səliqə vərdişi korporativ məlumatların qorunması baxımından vacibdir. Sənədlərdə xaos onların təhlükəsizliyinə ciddi problem yaradır. İşçilər tərəfindən yaradılan rəqəmsal sənədlər daim artır, rəhbərlik isə adətən bu sənədlərin yerləşməsi haqqında və onlara çıxış imkanları barədə məlumatsız olur. Rəqəmsal qarışıqlığın aradan qaldırılması çətin işdir, xüsusilə də, bunun üçün əlavə resurslara malik olmayan kiçik və orta biznes üçün. Məsələnin həllində vacib addım iş faylarının və elektron yazışmaların təhlükəsizliyinə cavabdeh şəxsin seçilməsidir.

Beləliklə, işçilərin 70% -i hesab edir ki, sənədlərə çıxış hüquqlarının bölüşdürülməsinin məsuliyyəti rəhbərlik, İT şöbəsinin əməkdaşları və informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşlarının üzərinə düşür. Lakin, insan faktoru ləğv edilməyib: işçilər bilmədən və ya qəsdən gizli məlumatlara çıxışı həmkarlarına və ya kənar şəxslərə çatdıra bilər, eləcə də, hiylə işlədərək məhdudiyyətləri aradan qaldıra bilərlər.

"İşçilər çoxlu fayllar yaradır. Rəhbərlər bu proseslə əlaqəli potensial riskləri nəzərə almalıdırlar, çünki rəqəmsal qarışıqlıq məlumatların qorunmasına təhlükə yaradır. Əlbəttə, soyuducudakı səliqə zərərli proqramlardan qorumağa yardım etmir, ancaq kompüterdə səliqəyə soyuducudakı qədər əhəmiyyət verilsə, informasiya təhdidlərinə məruz qalma riski azalacaq. Bunun üçün işçilər elektron sənədləri səliqədə saxlamalı, eləcə də, onları sadə, eyni zamanda effektiv qorunma həllər ilə təmin etməlidirlər", - bunu “Kaspersky Lab” şirkətinin qlobal satışlar üzrə vitse-prezidenti Maksim Frolov deyib.

Rəqəmsal qarışıqlıq risklərindən qorunmaq üçün “Kaspersky Lab” şirkətlərə aşağıdakıları tövsiyə edir:

İşçilər üçün rəqəmsal dünyada təhlükəsiz davranış bacarıqlarını tətbiq edə biləcək kiber savadlılıq təlimləri təşkil etmək. Buna “Kaspersky Automated Security Awareness Platform” (ASAP) platforması yardım edə bilər;

Cihazın itirilməsi və məlumatların sızması hallarından qorunmaq üçün faylların əlavə nüsxələnməsini və şifrənilməsini təmin etmək;

Qapalı olmayan zəifliklərin qarşısını almaq üçün proqramları mütəmadi yeniləmək;

Kiçik və orta biznesin qorunması üçün sadə idarəetmə və yoxlanılmış təhlükəsizlik xüsusiyyətləri olan həlləri istifadə etmək, məsələn “Kaspersky Small Office Security” və ya “Kaspersky Endpoint Security Cloud”.

* Rəqəmsal qarışıqlıq (Digital Clutter) tədqiqatı 2018-ci ilin dekabrı - 2019-cu ilin yanvarında “Kaspersky Lab”-ın sifarişi ilə OnePoll şirkəti tərəfindən aparılıb. Sorğu zamanı eyni vərdişlərin məişətdə və işdə insana təsiri araşdırılıb. Sorğuda dünya üzrə 7min işçi iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kaspersky məişət rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ