Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tıxac olan yollara avtobus zolağı çəkilir - VİDEO

Tıxac olan yollara avtobus zolağı çəkilir - VİDEO

Tarix: 7 Dekabr 2022 21:24

''Hansı ərazilərdə daha çox sıxlıq və tıxac müşahidə edilirsə o yollarda avtobus zolağı çəkilir''.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Bakıda iki əsas ictimai nəqliyyatdan istifadə olunur - avtobus və metro nəqliyyatı. Metronun əhatə dairəsi məhdud olduğundan, avtobusların üzərinə yük düşür.

Mais Ağayev əlavə edib ki, bu şəraitdə xilas yolu xüsusi avtobus zolaqlarının yaradılmasıdır.

Yaxın günlərdə Bakı, Abşeron və Sumqayıt şəhərləri arasında ictimai nəqliyyat dəhlizinin yaradılması, avtobusların rahat və fasiləsiz hərəkəti üçün zolaqlar salınacaq. Mais Ağayev onu da əlavə edib ki, əgər bu zolaqlardan düzgün istifadə edilsə ictimai nəqliyyatda baş verən ləngimələr də aradan qalxacaq. Qurum rəsmisi deyib ki, son 7 ildə paytaxdakı avtobusların 70 faizi yenilənib və kifayət qədər də avtobuslar var.

Mais Ağyev onu da əlavə edib ki, şəhərin baş planına əsasən, gələcəkdə paytaxda tramvay və trolleybuslar da fəaliyyət göstərəcək.

Şəhərdə son aylarda yaşanan tıxac və sıxlıqdan danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır. Bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur. ''1 milyon 700 min nəqliyyat vasitəsindən təxminən 70 faizə qədəri paytaxdadır'',- deyə baş inspektor bildirib.

Araz Əsgərli onu da əlavə edib ki, yol hərəkəti qaydalarının pozuntusunun çoxu dayanma-durmanın payına düşür.Onun sözlərinə görə, bu hal onsuz da sıxlıq olan küçələrdə vəziyyəti daha də gərginləşdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Tıxac olan yollara avtobus zolağı çəkilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ