Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Silahlı Qüvvələrinin komandanlığından ULTİMATUM

Türkiyə Silahlı Qüvvələrinin komandanlığından ULTİMATUM

Tarix: 8 Dekabr 2022 11:54

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı kürd silahlı birləşmələri olan "Xalq özünümüdafiə qüvvələri"nə ultimatum verib.

Sonxeber.net bildirir ki, bu barədə "Al Jazeera" Ankaradakı mənbələrinə istinadən məlumat yayıb. Türk komandanlığı Hələb əyalətinin şimalındakı 3 rayonu tərk etməyi tələb edib. Məlumata görə, kürd dəstələri Ayn-əl-Arab, Mənbic və Tell-Rifaat rayonlarından çıxmalıdır.

"Ankara öz ultimatumunu Suriyadakı rus və amerikan hərbçilərinə verib", - deyə mənbə vurğulayıb.  Türkiyə silhalı birləşmələrin oradan çıxmaları üçün onlara iki həftə vaxt verib. Ankara bəyan edib ki, ultimatumun müddəti uzadılmayacaq.

"Xalq özünümüdafiə qüvvələri" ərəb və kürdlərdən təşkil olunmuş "Demokratik Suriya Qüvvələri"nin əsas özəyini təşkil edir. DSQ Rakka və Haseke əyalətlərinin, həmçinin Deyr-əz-Zorun şimal-şərq hissəsinə nəzarət edir.

ABŞ-dan dəstək alan bu kürd hərbi birləşmələrinin əlində Suriya ərazilərinin 27 faizi cəmləşib. Onlar əsas neft yataqlarına da nəzarət edirlər.


Etiketlər:  Türkiyə Silahlı Qüvvələrinin komandanlığından ULTİMATUM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ