Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Rusiya arasında SÖVDƏLƏŞMƏ: Ankara istəyir ki, 2023-cü ildə...

Türkiyə və Rusiya arasında SÖVDƏLƏŞMƏ: Ankara istəyir ki, 2023-cü ildə...

Tarix: 8 Dekabr 2022 22:04

Türkiyə Rusiya nümayəndə heyəti ilə qazın 25%-dən çox endirimlə alınması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Türkiyə tərəfi endirimin təkcə 2023-cü ildəki ödənişlərə deyil, 2022-ci ildəki bəzi əməliyyatlara da şamil olunmasını istəyir.

Məlum olub ki, belə bir sövdələşmə türk valyutasının mövqeyini yaxşıca gücləndirə bilər, eləcə də ölkənin enerji qiymətlərinin artmasının qarşısını ala bilər. Üstəlik, jurnalistlər belə bir vəziyyətin seçkilərə yaxşı təsir edə biləcəyinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kömək edə biləcəyinə inanırlar.

Xatırladaq ki, Rusiya qaz kəmərlərinin Türkiyəyə tutumları ölkədə yeni xətlər çəkilmədən yeni qaz qovşağının inkişafı üçün əlverişli şərait yaradıb. Rusiya qazı Türkiyəyə "Mavi axın" və "Türk axını"nın bir xətti ilə verilir. Bu il idxal bir qədər azalıb: "Türk axını"nda tutumlardan istifadə 80%, "Mavi axın"da isə 70% təşkil edib.


Etiketlər:  Türkiyə Rusiya arasında SÖVDƏLƏŞMƏ Ankara istəyir 2023 ildə


RƏYLƏR