Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2022 20:22
Almaniyada dövlət çevrilişinə cəhddən sonra silahla bağlı qanunu sərtləşdirməyə qərar veriblər.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser tviterdə məlumat yayıb.
"Ən azı 1 050 reyxsburqçunun (Almaniyadakı "Reyx vətəndaşları" millətçi hərəkatının üzvləri - red.) silah lisenziyası ləğv edilib", - nazir qeyd edib.
Feser yaxın vaxtlarda silah gəzdirmək haqqında qanunun sərtləşdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.