Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu halda Krıma daxil olacaq

Ukrayna bu halda Krıma daxil olacaq

Tarix: 12 Dekabr 2022 13:52

Ruslar Melitopolu itirən kimi Ukrayna qüvvələri Kremlin müvəqqəti işğal etdiyi Krıma yaxınlaşacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Melitopol "yıxılırsa", Xersonun bütün müdafiəsi dağılır. Ukrayna ordusu Krımla sərhədə doğru yaxınlaşıb. Düşünürəm ki, ruslar Melitopolda böyük miqdarda maddi ehtiyat saxlayır", - o bildirib.

Onun fikrincə, rusların orada heç bir şansı yoxdur, baxmayaraq ki, orada rus ordusunun ən azı 12 BTQ-si cəmləşib:

"Orada vəziyyət ağırdır, bütün xətt üzrə döyüşlər gedir".

Milli.Az


Etiketlər:  Ukrayna halda Krıma daxil olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ