Tarix: 8 Oktyabr 2019 22:52
Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger mövsümün sonunda karyerasını bitirəcək.
Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram səhifəsindən məlumat verib.
Təcrübəli futbolçu 2017-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparan "Çikaqo Fayr" klubunda çıxış edir.
Qeyd edək ki, B. Şvaynştayger daha əvvəl “Bavariya” və “Mançester Yunayted” klublarında oynayıb. Münhen klubunun yetirməsi olan Şvaynştayger 13 il formasını geyindiyi klubda 1 dəfə Çempionlar Liqasının, 8 dəfə Bundesliqanın və 7 dəfə ölkə kubokunun qalibi olub. O, “Mançester Yunayted”də isə İngiltərə Liqa kubokunun və Avroliqanın qalibi olub. 2004-cü ildən Bundestimin formasını geyinən Şvaynştayger 2014-cü ildə keçirilən mundialda komandasıyla çempionluq yaşayıb.