Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dadaşova ilə Vüqar qohum imiş

Dadaşova ilə Vüqar qohum imiş

Tarix: 13 Dekabr 2022 17:50

Müğənni Vüqar Muradov Lalə Dadaşova ilə qohum olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Vüqar "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, Dadaşovanın ailəli olduğu mərhum müğənni Elçin Cəlilov onun qohumu olub:

"Mən Elçin Cəlilovun bacısı oğlu sayılıram. Ona dayı kimi baxmışam. Anamla, xalamla bir yerdə böyüyüblər. Elçin Cəlilov Azərbaycanda üç böyük ifaçılardan biridir. Lalə xanım ona çox əziyyət çəkdi. Neçə il yaşadısa, Lalənin sayəsində oldu".

L.Dadaşova "Onunla ailə quranda 38 yaşım var idi" deyə, əlavə edib.

Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir.

Lalə Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır.

Milli.Az


Etiketlər:  Dadaşova ilə Vüqar qohum imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ