Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 19:55
Dekabrın 12-də Moskvada rusiyalı model Oksana Samoylova ilə reper Ciqan dəbdəbəli toy edərək ailə qurmalarının 10 illiyini qeyd ediblər.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, toyun nikahdan 10 il sonra gərçəkləşməsinə səbəb isə cütlüyün o zamanlar istədikləri məclisi təşkil etmək üçün lazimi qədər vəsaitinin olmaması ilə bağlıdır. Bu barədə paylaşım edən Oksana 4 övladı ilə birgə yeni mərhələyə keçdiklərini vurğulayıb.
Xatırladaq ki, Oksana və Ciqan 2020-ci ildə boşanmağa qərar versələr də daha sonra bundan vaz keçiblər.
Qeyd edək ki, cütlüyün bu evlilikdən 3 qız və 1 oğul övladı var.