Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 15:10
"Twitter" sosial şəbəkəsinin əməkdaşları Norveç Xarici İşlər Nazirliyinin səhifəsini Nigeriya hökumət təşkilatının hesabı kimi qeyd ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Norveç XİN məlumat yayıb.
"Hörmətli "Twitter"in texniki dəstək xidməti, Nigeriya ilə əla ikitərəfli əlaqələrimizə və əlifba sırasına görə yaxın qonşuluğumuza baxmayaraq, bizi Norveçin hökumət təşkilatı kimi qeyd edə bilsəniz, çox minnətdar olarıq", - qurum öz sosial şəbəkə səhifəsindən "Twitter"ə müraciət edib.
XİN Norveçin xarici işlər naziri və baş nazirinin səhifələrində də eyni düzəlişi etməyi xahiş edib.