Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvili növbəti dəfə aclıq elan etdi

Saakaşvili növbəti dəfə aclıq elan etdi

Tarix: 14 Dekabr 2022 18:38

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili yenidən aclıq elan edib. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.

Vəkil qeyd edib ki, buna səbəb keçmiş Prezidentin bugünkü məhkəmə iclasında iştirakının təmin edilməməsidir.

Hazırda Tbilisidəki klinikalardan birində müalicə alan M. Saakaşvili vəkili vasitəsilə paylaşdığı məktubunda qeyd edib ki, aclıq aksiyasının səhhəti üçün yaradacağı risklərdən xəbərdardır.

O, məhkəmədə onlayn formatda iştirakının təmin edilməməsini alçaldıcı münasibət olaraq dəyərləndirib və bu yolla hüquqlarının pozulduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində M. Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı keçiriləcək məhkəmə iclası onun iclasda onlayn iştirakını təmin edəcək avadanlıqların olmaması əsas gətirilərək dekabrın 22-nə təxirə salınıb.


Etiketlər:  Saakaşvili növbəti dəfə aclıq elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ