Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 08:40
Fransa millisinin qapıçısı Uqo Lloris almaniyalı həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.
O, SÇ-2022-nin yarımfinalında Mərakeşlə hazırda keçirilən yarımfinal matçında iştirak etməklə buna nail olub. 36 yaşlı qolkiper bununla mudiallarda 19-cu matçına çıxıb.
Lloris dünya çempionatlarında ən çox oyun keçirən iki qapıçından biri olmaqla yanaşı, bu siyahıda almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.