Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kök uşaqlada hansı problemlər yaranır - Səhiyyə nazirliyi eksperti

Kök uşaqlada hansı problemlər yaranır - Səhiyyə nazirliyi eksperti

Tarix: 15 Dekabr 2022 22:06

"Artıq çəki istər böyüklərdə, istərsə də uşaqlarda problem yarada bilər. Valideynlər heç də düşünməsin ki, uşaqdır, kökəlsə, yaxşıdır".

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

O bildirib ki, uşaq yaşlarında da artıq çəki problemlərə yol aça bilir:

"Artıq çəki piylənmə, insulin miqdarının artımı, qaraciyər xəstəlikləri, damar problemləri yarada bilir. Üç dəfəyə qədər digər şəxslərlə müqayisədə kök insanlarda xərçəng xəstəliyi yarana bilir. Qızlarda artıq çəki adət dövründə problemlərə gətirib çıxara, oğlanlarda da cinsi inkişafda vaxtından tez formalaşmalar başlaya bilir".

Milli.Az


Etiketlər:  Kök uşaqlada hansı problemlər yaranır Səhiyyə nazirliyi eksperti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ