Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hər yerdən bir gözün məni izlədiyini hiss etdim” - VİDEO

“Hər yerdən bir gözün məni izlədiyini hiss etdim” - VİDEO

Tarix: 17 Dekabr 2022 17:35

"Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyeva işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə iş xanımı instaqramda məlumat verib. O, Şuşadan görüntülərini paylaşaraq şəhər haqqında təəssüratlarını bölüşüb:

"Zamanı gəldi, mən də Şuşaya getdim. İstərdim ki, yaşadığım hissləri sizinlə bölüşüm. Təbii ki, şəhərə daxil olanda sevinc və qürur dolu anlar yaşadım. Şuşaya girişdə sıldırım qayalara diqqət yetirdim. Oğullarımız gözümün qarşısına gəldi. Onlar necə əziyyətlə bu qayaları, daşları aşıb Şuşanı azad ediblər? Sözün əsl mənasında qəhrəmanlıqdır!

Düzdü, Şuşada bərpa işləri böyük sürətlə gedir. Buna baxmayaraq, şəhərdə bir hüzn, qəmginlik var. Hoteldən bayıra çıxıb bir az yürüş etdim, hər yerdən bir gözün məni izlədiyini hiss etdim.

Sanki bu şəhərdə qəhrəmanlarımız yaşayır. Onu da gördüm ki, düşmən Şuşanın tarixini məhv etməyə çalışıb, hər yeri dağıdıblar, söküblər. Bütün bunlara baxmayaraq, Şuşa yenə də gözəl və cəlbedicidir. Daha da gözəlləşəcək. Hələ havasını demirəm... Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandan başda olmaqla rəşadətli Ordumuza təşəkkür edirəm. Siz olmasaydız, biz bu gözəlliyi görməzdik".


Etiketlər:  Hər yerdən gözün məni izlədiyini hiss etdim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ