Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 19:14
Rus işğalçıları yaralı hərbçilərinə xidmət etmək üçün Luqansk vilayətindəki bütün xəstəxanaları yenidən hazır vəziyyətə gətirir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Milli Müqavimət Mərkəzi (MMM) məlumat yayıb.
Artıq xəstəxanalardan birinə yüzə yaxın rusiyalının yerləşdirildiyi bildirilib:
"Luqanskda və rayonun müvəqqəti işğal olunmuş şəhər və kəndlərində bir neçə xəstəxana artıq hərbi hospital formatına keçib. Xüsusilə, Luqansk şəhər 3 saylı çoxsahəli xəstəxanası artıq 100-ə yaxın rusiyalı hərbçini qəbul edib. Kremennayadakı xəstəxana da tam xidmətə verilib".
Qeyd olunur ki, 15 saylı Luqansk şəhər multidissiplinar xəstəxanası artıq mülki şəxslərə xidmətdən imtina edir. Mərkəz əlavə edib ki, işğalçılar Luqansk vilayətinin bütün xəstəxanaları üçün belə strategiya seçiblər.