Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 09:54
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında Qarabağda yaşayan ermənilərə müraciət edib.
Sonxeber.net xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, R.Məmmədov onları Vardanyan kimilərin fitnələrinə və oyunlarına inanmamağa, reallığı görməyə çağırıb. Rövşən Məmmədov bildirib ki, Qarabağda yaşayan erməniləri Azərbaycanın tərkibində daha yaxşı həyat gözləyir.