Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə 2-də qapını sındırıb qadını hədələdilər

Gecə 2-də qapını sındırıb qadını hədələdilər

Tarix: 19 Dekabr 2022 10:26

Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.

Sonxeber.net bildirir ki, hadisə dekabrın 18-də saat 02 radələrində baş verib. İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə iş açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Etiketlər:  Gecə qapını sındırıb qadını hədələdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ