Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO)

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO)

Tarix: 9 Oktyabr 2019 14:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, AMEA-da keçirilən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.

Konfransda çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

N.Axundova əlavə edib ki, Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Bununla belə, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı idi.

Akademik əlavə edib ki, tədqiqatçı məhcər ədəbiyyatı yaradıcılarının ədəbi-bədii üslubunun bütün incəliklərini tədqiqat obyektinə çevirib, ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırıb.

Azərbaycan şərqşünaslığı qədim və dərin tarixi köklərə bağlı olduğunu deyən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, böyük Azərbaycan mütəfəkkirləri və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Məhəmməd ibn Hinduşah Naxçıvani, A.Bakıxanov, M.F.Axundov, Mirzə Kazım bəy və başqaları öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat və fəlsəfəsinin inkişafına əvəzsiz töhfələr veriblər. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi “Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin ediblər. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub:

“Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçilikdən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda ləyaqətlə təmsil edib”.

G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb: “Təsadüfi deyil ki, institutun “Ərəb filologiyası” şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib. O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olub, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub”.

G.Baxşəliyeva bildirib ki, dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatı olaraq qeyd olunur. Lakin Aida xanımın araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir:

“Belə ki, Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürüb. Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşib: Şərqin bir çox ölkələrinin müasir inkişafı bir gerçəkliyi ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır”.

G.Baxşəliyeva əlavə edib ki, sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kulturoloji müstəvilərdə üzə çıxması əslində elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Bu problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XX əsrin sonunda qaldırılmışdı. Aida İmanquliyeva məhz həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın aktuallığını nəzərə alaraq, bu problemi Azərbaycan şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi.

"Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva İraq ədəbiyyatı haqqında" elmi məruzə ilə çıxış edən Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, professor, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov deyib ki, ötən əsrin 70-ci illərində Azərbaycan-İraq əlaqələrinin genişlənməsində xüsusi rolu olan tanınmış ziyalılarımızdan biri akademik Həmid Araslı, ikincisi isə professor Aida İmanquliyeva idi.

Onun sözlərinə görə, Aida İmanquliyevanın müqəddiməsi ilə “Yazıçı” nəşriyyatında dərc edilən, İraq ədəbiyyatından nümunələrə həsr olunan “Ağ günlərin sorağında” adlı kitabı 1983-cü ildə kirill əlifbası ilə çap edilib. Kitaba ötən əsrdə fəaliyyət göstərən 20-dən çox İraq şair və yazıçılarının şeir və hekayələri toplanıb. Bu kitabın latın qrafikası ilə çap edilməsinə görə akademik İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya təşəkkürünü bildirən V.Cəfərov qeyd edib ki, yeni nəşr Aida İmanquliyevanın işıqlı xatirəsinə daha bir töhfədir.

“Ərəb məhcər ədəbiyyatının ilk azərbaycanlı tədqiqatçısı” mövzusunda elmi məruzə ilə çıxış edən Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fatma Məcidova deyib ki, əsası XX əsrin ortalarında qoyulmuş AMEA Şərqşünaslıq İnstitutuna hər bir əsəri yeni söz, yeni töhfə olan, elmdə xüsusi dəsti-xəttə malik alimlər, parlaq şəxsiyyətlər rəhbərlik ediblər.

Onun sözlərinə görə, görkəmli şərqşünas-alim, cəfakeş elm təşkilatçısı, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva məhz belə alimlərdəndir:

“Aida xanım Azərbaycanda Qərb-Şərq mədəniyyətlərinin qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Bu əlaqələri öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı, yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, habelə bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Hələ o dövrdə yetişib formalaşan bir sıra nadir istedad sahibləri var idi ki, onlar zamanı qabaqlayaraq elmi problemlərə ideoloji aspektdən deyil, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Aida xanım məhz belə alim-tədqiqatçılardan idi”.

F.Məcidova bildirib ki, Şərqşünaslıq İnstitutunda Aida xanımın yaratdığı ənənələri və başladığı işləri layiqincə davam etdirməyə hazır olan yeni nəsil - Aida İmanquliyeva məktəbinin davamçıları yetişməkdədir. Alimin zəngin elmi irsinin dərindən öyrənilməsi və davam etdirilməsi məqsədi daşıyan müsabiqələrin keçirilməsi onun ərəb məhcər ədəbiyyatı üzrə apardığı tədqiqat işlərinin işığında yeni elmi araşdırmaların ərsəyə gəlməsi, Azərbaycan ərəbşünaslığında “Aida İmanquliyeva məktəbi”nin yaranması deməkdir:

“Professor Aida İmanquliyeva keçmiş sovet məkanında ərəb məhcər ədəbiyyatının ilk sistemli tədqiqatçısı olmuşdur" desək, əsla yanılmarıq. Alimin elmi tədqiqat obtektlərinin əsasən məhcər ədəbiyyatı nümayəndələri olmasını biz onun gərgin əmək və axtarışlar hesabına yaranmış elmi əsərlərindən müşahidə edə bilərik”.

Tədbir daha sonra filologiya üzrə fəlsəfə doktorları Ruhəngiz Cümşüdlü, Mahir Həmidov, Xuraman Əliyeva və doktorant Şəhla Həsənovanın Aida İmanquliyenın yaradıcılığına həsr olunan elmi məruzələri ilə davam edib.

Tədbirdə “Ağ günlərin sorağında” adlı kitabın 2-ci nəşrinin təqdimatı da keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO) Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO)


Etiketlər:  Görkəmli şərqşünas alim Aida İmanquliyevanın illik yubileyinə həsr olunan elmi konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ