Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kazım Əliverdibəyov vəfat etdi

Kazım Əliverdibəyov vəfat etdi

Tarix: 19 Dekabr 2022 16:30

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.

Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

K.Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin.


Etiketlər:  Kazım Əliverdibəyov vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ