Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvarda ev yanıb, meyit tapılıb

Biləsuvarda ev yanıb, meyit tapılıb

Tarix: 20 Dekabr 2022 10:40

Biləsuvarda evdə yanğın olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Biləsuvarda yanıb meyit tapılıb


RƏYLƏR