Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Madonna konsertini təxirə saldı - Dizi zədələnib

Madonna konsertini təxirə saldı - Dizi zədələnib

Tarix: 9 Oktyabr 2019 15:20

Bakı. Trend:

Dünya şöhrətli müğənni Madonna Nyu-Yorkdakı şousunu təxirə salmağa məcbur olub. Trend-in məlumatına görə, ulduz dizindəki zədəyə görə səhnəyə çıxa bilməyəcəyini deyib.

Müğənninin saytında dizindəki zədə ilə bağlı onun yataq rejimində olmasının vacibliyi qeyd edilib. Konsertə bilet alanların isə şounun yeni tarixi ilə bağlı məlumatları izləməsi tövsiyə olunub.

Qeyd edək ki, müğənninin "Madame X" konserti oktyabrın 10 və 12-i olmalı idi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Madonna konsertini təxirə saldı Dizi zədələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ