Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğurluq etdiyinə görə qatardan atdılar

Oğurluq etdiyinə görə qatardan atdılar

Tarix: 20 Dekabr 2022 19:56

Hindistanın Uttar Pradeş ştatında sərnişinlər bir nəfərin telefon oğurluğundan şübhələnərək onu döyüb və hərəkətdə olan qatardan atıblar.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Hadisə qatarda olan qadının mobil telefonunun yox olması ilə bağlı şikayətindən sonra baş verib. Oğurluq şübhəsi səyahət yoldaşlarından birinin üzərinə düşüb. Sərnişinlər onu axtarıblar və həqiqətən də oğurlanmış telefonunu tapıblar. Bundan sonra oğrunu yarım saat döyüb, sonra qatardan itələdilər.

Daha sonra döyülən kişinin meyiti relslərdə tapılıb. O, qatardan yıxılan zaman başı dirəyə dəyib və vəfat edib. Bundan əlavə, onun ayağı da kəsilib.

Döyülmə zamanı çəkilən video sayəsində polis oğrunu qatardan atan şəxsi müəyyən edərək həbs edib. O, qətldə şübhəli bilinir. Hələlik ölənin şəxsiyyəti müəyyənləşdirilir. "Cəhdlərimizə baxmayaraq, qurbanın şəxsiyyətini müəyyən edə bilmirik. Biz onun fotolarını qonşu ərazilərdə yaydıq və tezliklə nəticə əldə edəcəyimizi gözləyirik", - deyə polis sözçüsü bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Oğurluq etdiyinə görə qatardan atdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ