Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 23:54
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki "A400M" təyyarəsi hərbi əməliyyatların başlanması və hava məkanının bağlanması səbəbindən Ukraynada ilişib qalıb.
Bu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Bildirilib ki, həmin təyyarələr Ukraynadan Kayseridə yerləşən aerodrom istiqamətində yola düşüb.
Bu təyyarələr humanitar yardımın çatdırılması və Türkiyə vətəndaşlarının Ukraynadan çıxarılması üçün istifadə edilib. Hərbi əməliyyatlar başlayandan sonra, hava məkanının bağlanması səbəbindən bu təyyarələr Kiyevin "Borispol" hava limanında qalıb.