Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 16:27
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda internet istifadəçilərinin sayı çox olan rayonlar məlum olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Trend-ə paytaxt üzrə ən çox internetdən istifadə edən ilk üç rayonun adını açıqlayıb.
Məlumata görə, "Baktelecom"un xidməti ərazisinə daxil olan Yasamal, Nizami və Sabunçu rayonlarında internet abunəçilərinin sayı çoxluq təşkil edir.
Respublika üzrə isə "Aztelekom" abunəçilərinin sayı Abşeron rayonu, Gəncə şəhəri, Sumqayıt şəhərlərində daha çoxdur.
Nazirlik hazırda paytaxtda 17 park və məkanlarda “İctimai internet”in mövcud olduğunu da bildirib. Bunlar Dənizkənarı Milli Park – Bulvar, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzinin parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, Qış parkı, “Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı, “Nərimanov” parkıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin