Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub

Bu ölkə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub

Tarix: 22 Dekabr 2022 00:02

İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə İsveçrənin Federal Şurası məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 16-da Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində 141 fiziki şəxs, 49 təşkilat və müəssisə sanksiya siyahısına daxil edib.

"İrana gəlincə, Avropa İttifaqı dekabrın 12-də dörd fiziki şəxs və dörd müəssisəyə qarşı sanksiyalar elan edib. Bununla bağlı İsveçrənin İqtisadiyyat Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib, həmçinin İranın dronlarının Rusiyaya tədarükü fonunda Aİ-nin təsdiq etdiyi məhdudiyyətləri qəbul edib",- məlumatda deyilir.


Etiketlər:  ölkə Avropa İttifaqının Rusiya İrana qarşı sanksiyalarına qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ