Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İranda ehtimal edilən qaz çatışmazlığı aksiyaları daha da alovlandıra bilər'' - ABŞ İnstitutu

''İranda ehtimal edilən qaz çatışmazlığı aksiyaları daha da alovlandıra bilər'' - ABŞ İnstitutu

Tarix: 22 Dekabr 2022 11:20

"İran qarşıdakı qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi dekabrın 21-də qaza qənaət edilməsi barədə danışıb: "O, enerji istehlakının azaldılması haqqında göstərişlər verib. Hökumət rəsmiləri qaz çatışmazlığından narahat olduqlarını söyləyiblər. Bu problem mövcud rejim əleyhinə narazılıqları daha da alovlandıra bilər".

İnstitut həmçinin İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdən yazıb: "İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dekabrın 21-də Əmmanda keçirilən Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Bağdad Konfransı çərçivəsində səudiyyəli həmkarı Feysəl bin Fərhan Al Səud ilə görüşüb. Abdullahiyan bildirib ki, İran Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməyə hazırdır".


Etiketlər:  İranda ehtimal edilən çatışmazlığı aksiyaları daha alovlandıra bilər ABŞ İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ