Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə naməlum kişi meyiti tapıldı

Təyyarədə naməlum kişi meyiti tapıldı

Tarix: 23 Dekabr 2022 21:00

Londonun Qatvik hava limanına enən təyyarənin təkər hissəsində naməlum kişi meyiti tapılıb.

Milli.Az bildirir ki, bu barədə "Mirror" yazıb.

Sasseks polisi meyitin dekabrın 7-də tapıldığını deyib. Belə ki, Qambiyadan Böyük Britaniyaya uçan "TUI Airlines" təyyarəsinin alt hissəsində qaradərili kişinin meyiti tapılıb - onun yanında şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

Qambiya Xarici İşlər Nazirliyi təsdiqləyib ki, hazırkı mərhələdə onlar da mərhumun şəxsiyyətini müəyyənləşdirməyə kömək edə bilməyəcəklər. Böyük Britaniyanın hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təyyarədə naməlum kişi meyiti tapıldı


RƏYLƏR